State Duties
Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
16.1. Pasportların və vizaların verilməsinə görə: |
|
16.1.1. ümumvətəndaş pasportlarının alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə |
25 ABŞ dolları |
16.1.2. ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə |
10 ABŞ dolları |
16.1.3. səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə |
4 manat |
16.1.4. tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə |
20 ABŞ dolları |
16.1.5. çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə |
350 ABŞ dolları |
16.2. Vətəndaşlıq məsələləri ilə əlaqədar sənədlərin rəsmiləşdirilməsinə görə: |
|
16.2.1. vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə |
60 ABŞ dolları |
16.2.2. vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə |
60 ABŞ dolları |
16.3. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına görə: |
|
16.3.1. nikahın qeydə alınmasına görə |
10 ABŞ dolları |
16.3.2. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulmasının qeydə alınmasına görə |
40 ABŞ dolları |
16.3.3. Qanunla müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslə nikahın pozulmasının qeydə alınmasına görə |
5 ABŞ dolları |
16.3.4. soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınmasına görə |
20 ABŞ dolları |
16.3.5. vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsinə görə |
10 ABŞ dolları |
16.3.6. vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə |
10 ABŞ dolları |
16.3.7. xarici ölkələrin qeydiyyat orqanlarında nikahın qeydə alınması məqsədilə ailə vəziyyətinə dair arayışın verilməsinə görə |
10 ABŞ dolları |
16.4. Sənədlərin sorğu əsasında alınmasına görə: |
|
16.4.1. sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün): |
|
16.4.1.1. Azərbaycan Respublikasında |
4 manat |
16.4.1.2. ölkə xaricində |
10 ABŞ dolları |
16.5. Sənədlərin leqallaşdırılmasına görə: |
|
16.5.1. Azərbaycan Respublikasında |
4 manat |
16.5.2. xarici ölkədə |
10 ABŞ dolları |
16.6. Notariat hərəkətlərinin aparılmasına görə: |
|
16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən nəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən etibarnamələrin təsdiqinə görə |
20 ABŞ dolları |
16.6.2. poçt vasitəsilə daxil olmuş pul vəsaitlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alınması və ona sərəncam verilməsi barədə etibarnamələrin təsdiqinə görə |
20 ABŞ dolları |
16.6.3. müqavilələrin təsdiqinə görə: |
|
16.6.3.1. nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə dair müqavilələrin təsdiqinə görə |
50 ABŞ dolları |
16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə |
150 ABŞ dolları |
16.6.3.3. əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə |
30 ABŞ dolları |
16.6.4. sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiqinə görə |
10 ABŞ dolları |
16.6.5. sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqinə görə (hər səhifə üçün): |
|
xarici dillərdən |
10 ABŞ dolları |
xarici dillərə |
20 ABŞ dolları |
16.6.6. sənədlərdəki imzanın, o cümlədən tərcüməçinin imzasının həqiqiliyinin təsdiqinə görə (hər sənəd üçün) |
20 ABŞ dolları |
16.6.7. miras əmlakın mühafizəsi üçün tədbirlərin görülməsinə görə |
40 ABŞ dolları |
16.6.8. vəsiyyətnamələrin təsdiqinə görə |
50 ABŞ dolları |
16.6.9. vəsiyyətnamənin depozitə qəbul edilməsinə görə |
30 ABŞ dolları |
16.6.10. vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə |
100 ABŞ dolları |
16.6.11. sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmaq üçün qəbul edilməsinə görə |
20 ABŞ dolları |
16.6.12. öhdəliyin icra predmetinin saxlanmaq üçün qəbul edilməsinə görə (hər ay üçün) |
20 ABŞ dolları |
16.6.13. pul məbləğlərinin və qiymətli kağızların depozitə qəbul edilməsinə görə (hər ay üçün) |
20 ABŞ dolları |
16.6.14. icra qeydlərinin aparılmasına görə |
10 ABŞ dolları |
16.6.15. ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsinə görə |
10 ABŞ dolları |
16.6.16. şəxsin sağ olması və şəxsin müəyyən yerdə olması faktlarının, şəxsin fotoşəkildəki şəxslə eyniliyinin və sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsinə görə |
10 ABŞ dolları |
16.6.17. dəniz protestlərinin tərtib edilməsinə görə |
10 ABŞ dolları |
16.6.18. sübutların təmin edilməsinə görə |
10 ABŞ dolları |
16.7. Digər konsul əməliyyatlarına görə |
10 ABŞ dolları |