Etibarnamələrin təsdiq edilməsi

Konsul bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edir.

Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilir. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.

Yerli notarius tərəfindən təsdiq edilmiş etibarnamənin qanuniləşdirilməsi/leqallaşdırılması ilə bağlı bu səhifədə məlumat əldə edə bilərsiniz.

Tələb olunan sənədlər

  • Müvafiq müraciət ərizəsi (buradan yüklənə bilər);
  • Etibar edənin şəхsiyyətini təsdiq edən sənədin əsli və surəti;
  • Kanadada daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənəd(lər)in surəti (daimi yaşayış kartı, təhsil, müqavilə və s.);
  • Etibar edilən şəxsin şəхsiyyətini təsdiq edən sənədin surəti;
  • Etibarnamənin mətnindən asılı olaraq əlavə digər sənədlər.

Dövlət rüsumu

  • 20 ABŞ dolları konsulluq rüsumu yalnız "money order" şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq şöbəsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan). DİQQƏT: Canada Post tərəfindən verilmiş "money order" Səfirlik tərəfindən qəbul olunmur.

Müraciət forması

  • Yalnız sənədləri tam olan müraciətlər Səfirlikdə qəbul edilir.
  • Vətəndaş yuxarıda sədalanan sənədlərlə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Bu məqsədlə vətəndaşlardan öncədən Səfirliyin konsulluq şöbəsi ilə əlaqə saxlayaraq görüş saatı (appointment) təyin etmələri xahiş olunur.

 

“MOBİL NOTARİAT”

Mobil cihazınıza “AppStore” və ya “Google Play” platfomalarından “Mobil notariat” adlı tətbiqini yükləməklə müxtəlif növ etibarnamələri və razılıq ərizələrini elektron formada rəsmiləşdirə bilərsiniz. Tətbiqin istifadəsinə dair suallarınız olarsa xahiş olunur Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əlaqə saxlayın.

Arxiv üzrə axtarış