Tərcümənin düzgünlüyünün təsdiq edilməsi

Sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə konsul təsdiq etməlidir. Konsul tanıdığı tərcüməçinin hər dəfə gəlməməsi üçün onu qeydiyyata götürür. Bu məqsədlə onun ərizəsini, diplomunun surətini və imza nümunəsini tələb edir.

Tələb olunan sənədlər

  • Tərcümə və surəti təsdiq ediləcək sənədin əsli;
  • Sənədin məxsus olduğu şəxsin şəхsiyyətini təsdiq edən sənədinin əsli;
  • Konsulluqda qeydiyyatda deyilsə, müvаfiq dili bilən tərcüməçinin diplоmunun əsli, şəxsiyyətini təsdiq edən sənədinin əsli və şəxsən iştirakı vacibdir.

Dövlət rüsumu

  • 20 ABŞ dolları konsulluq rüsumu yalnız "money order" şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq şöbəsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan).
  • DİQQƏT: ScotiaBank tərəfindən verilmiş "money order" Səfirlik tərəfindən qəbul olunmur.

Müraciət forması

  • Səfirliyin Konsulluq şöbəsi tərcümənin düzgünlüyünün təsdiq edilməsinə dair müraciətləri yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi - "prepaid envelope" - (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakı ünvana göndərin:

Embassy of Azerbaijan
275 Slater Street, Suite 1203

Ottawa, Ontario K1P 5H9

Arxiv üzrə axtarış