Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət
Kanadada yaşayan vətəndaşlar Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirmək üçün Azərbaycan Respublikasının Səfirliyinə müraciət edə bilərlər. Sorğular icraat üçün aidiyyəti dövlət orqanı olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilir və müraciətə baxılma müddəti həmin vaxtdan başlayır. Bu müraciətə ümumilikdə 1-2 ay müddətində baxılır.
Tələb olunan sənədlər
- Ərizə müraciəti (buradan yüklənə bilər)
- Doldurulmuş ərizə-anket (buradan yüklənə bilər)
- Azərbaycan Respublikasının vətəndaşlığına dair və şəxsiyyəti təsdiq edən sənədlərin bütün səhifələrinin surətləri (doğum haqqında şəhadətnamənin surəti, keçmiş sovet nümunəli pasportun surəti, hərbi biletin surəti və s.);
- 18 yaşına çatmamış şəxslərin valideynləri barədə məlumatlar (şəxsiyyətini təsdiq edən sənədlərin surətləri və s.);
- 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil.
Dövlət rüsumu
- 10 ABŞ dolları konsulluq rüsumu yalnız "money order" şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq şöbəsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan).
- DİQQƏT: Canada Post tərəfindən verilmiş "money order" Səfirlik tərəfindən qəbul olunmur.
Müraciət forması
- Səfirliyin Konsulluq şöbəsi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirməsi ilə bağlı müraciətləri yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi - "prepaid envelope" - (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Zərfdən istifadə etməklə ərizəçiyə müraciətin nəticəsi barədə Səfirlik tərəfindən yazılı məlumat verilir. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakı ünvana göndərin:
Embassy of Azerbaijan
275 Slater Street, Suite 1203
Ottawa, Ontario K1P 5H9