Uşaq Kanadada dünyaya gəldikdə
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər
- Doldurulmuş ərizə-anket (AR vətəndaşları üçün)(vətəndaşlığı olmayanlar üçün)
- 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
- 18 yaşı tamam olmamış şəxsin doğum haqqında şəhadətnaməsinin əsli və surəti
- 18 yaşı tamam olmamış şəxsin valideynlərin hər ikisinin pasport və ya şəxsiyyət vəsiqəsinin surəti
- 18 yaşı tamam olmamış şəxsin valideynin ərizə müraciəti (buradan yüklənə bilər);
- 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər);
- 18 yaşı tamam olmamış şəxsin valideynlərinin nikah haqqında şəhadətnamə və ya sürəti;
- 18 yaşı tamam olmamış şəxsin valideynlərinin Kanadada daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənəd(lər)in surəti (daimi yaşayış kartı, təhsil, müqavilə və s.);
- 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi;
- 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlərin əsli və ya sürətləri.
Rüsum
- 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.
Müraciət forması
- Səfirliyin Konsulluq şöbəsi Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsinə dair müraciətləri həm şəxsən, həm də poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi - "prepaid envelope" - (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakılara ünvana göndərin:
275 Slater Street, Suite 1203
Ottawa, Ontario K1P 5H9
Diqqət!
- Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir. Səfirlik yuxarıdakı siyahıda qeyd olunmayan əlavə sənəd/məlumat istəmə hüququnu özündə saxlayır.
- Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir. Bu halda ərizəçidən 10 ABŞ dolları əlavə rüsum tutulur.