Kanadada təsdiq edilmiş sənədlərin leqallaşdırılması

DİQQƏT!

Apostil Konvensiyası Kanadada 2024-cü il yanvarın 11-də qüvvəyə minib. Səfirlik artıq Kanadanın bəzi əyalətlərində verilən sənədləri leqallaşdırmır. Əlavə məlumatı Global Affairs Canada-dan əldə etmək olar.

Qalan vilayətlər üçün: Səfirliyə leqallaşdırılma üçün təqdim olunan sənəd(lər) birinci növbədə Kanada Xarici İşlər, Ticarət və İnkişaf İdarəsi (Sənədlərin İdarə Olunması və Xidməti Bölməsi) tərəfindən təsdiq edilməlidir.

Tələb olunan sənədlər

  • Müvafiq müraciət ərizəsi (buradan yüklənə bilər);
  • Müraciət edənin şəхsiyyətini təsdiq edən sənədin surəti;
  • Kanadada daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənəd(lər)in surəti (daimi yaşayış kartı, təhsil, müqavilə və s.);
  • Etibar edilənin şəхsiyyətini təsdiq edən sənədin surəti (etibarnamə üçün);
  • Sənədlərin mətnindən asılı olaraq əlavə digər sənədlər.

Dövlət rüsumu

  • 10 ABŞ dolları konsulluq rüsumu (hər bir təsdiq olunmuş səhifə üçün) yalnız "money order" şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq şöbəsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan). DİQQƏT: Canada Post tərəfindən verilmiş "money order" Səfirlik tərəfindən qəbul olunmur.

Müraciət forması

  • Səfirliyin Konsulluq şöbəsi sənədlərin leqallaşdırılması dair müraciətləri yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi - "prepaid envelope" - (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakı ünvana göndərin:

Embassy of Azerbaijan
275 Slater Street, Suite 1203

Ottawa, Ontario K1P 5H9

 

Arxiv üzrə axtarış