Kanada vətəndaşlığının qəbul edilməsi barədə məlumatın verilməsi

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununa 2014-cü ilin 30 may tarixində edilmiş dəyişikliklərə əsasən:

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına yazılı məlumat verməlidir.

Tələb olunan sənədlər

  • Ərizə müraciəti (buradan yüklənə bilər);
  • Ərizə-anket (buradan yüklənə bilər);
  • Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;
  • Kanadanın Vətəndaşlıq Sertifikatının surəti;
  • Kanadadakı ünvanı göstərən sənədin surəti (məsələn, sürücülük vəsiqəsi);
  • 3x4 sm ölçüdə foto şəkil.

Dövlət rüsumunun məbləği

  • Xarici dövlətin vətəndaşlığının qəbul edilməsi barədə məlumatın verilməsi üçün dövlət rüsumu ödənilmir.

Müraciət forması

  • Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir.
  • Səfirliyin Konsulluq şöbəsi xarici dövlətin vətəndaşlığının qəbul edilməsi barədə məlumatın verilməsi üçün müraciətləri yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Ərizəçiyə Kanada vətəndaşlığını qəbul etməsi ilə bağlı Azərbaycan Respublikasının Kanadadakı Səfirliyini yazılı məlumatlandırmasını təsdiq edən arayış verilir. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakı ünvana göndərin:

Embassy of Azerbaijan
275 Slater Street, Suite 1203

Ottawa, Ontario K1P 5H9

DİQQƏT!

Azərbaycan Respublikasının vətəndaşı xarici dövlətin vətəndaşlığının qəbul edilməsi barədə məlumatı həmçinin Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində verə bilər (onlayn müraciət forması).

Arxiv üzrə axtarış