Sənədlərin sorğu əsasında alınması
Kanadada yaşayan vətəndaşlar məhkumluq, subaylıq, və.s mövzularda arayışların alınması üçün Azərbaycan Respublikasının Səfirliyinə müraciət edə bilərlər. Sorğular icraat üçün aidiyyəti dövlət orqanına göndərilir və müraciətə baxılma müddəti həmin vaxtdan başlayır. Bu müraciətə ümumilikdə 1-2 ay müddətində baxılır.
Tələb olunan sənədlər
- Müvafiq müraciət ərizəsi (buradan yüklənə bilər);
- Pasportun və şəxsiyyəti vəsiqəsinin notarial qaydada təstiqlənmiş surətləri;
- Kanadada daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənəd(lər)in notarial qaydada təstiqlənmiş surəti (daimi yaşayış kartı, təhsil, müqavilə və s.);
- Sorğu ilə bağlı müvafiq sənədlərin surətləri (əgər varsa);
Dövlət rüsumu
- 10 ABŞ dolları konsulluq rüsumu yalnız "money order" şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq şöbəsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan).
- DİQQƏT: Canada Post tərəfindən verilmiş "money order" Səfirlik tərəfindən qəbul olunmur;
Müraciət forması
- Səfirliyin Konsulluq şöbəsi sorğulara dair müraciətləri yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi - "prepaid envelope" - (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakı ünvana göndərin:
Embassy of Azerbaijan
275 Slater Street, Suite 1203
Ottawa, Ontario K1P 5H9