Pasport yararsız hala düşdükdə və ya itdikdə

Tələb olunan sənədlər

  • Şəxsiyyət vəsiqəsinin əsli və sürəti - 2 nüsxə;
  • Müvafiq müraciət ərizəsi (buradan yüklənə bilər);
  • 18 yaşı tamam olmuş vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (buradan yüklənə bilər);
  • Etibarlılıq müddəti bitmiş (bitməyinə altı aydan az qalan) və ya səhifələri dolmuş pasportun əsli və əsas səhifənin sürəti - 2 nüsxəsi;
  • 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün hərbi biletin əsli ya da notarial qaydada təsdiq olunmuş sürəti (əgər hərbi xitmətdə olmamışsa hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya möhlət hüququnun verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli); 
  • Rəngli pasport şəkili, 3x4 ölçüdə - 4 ədəd;
  • Kanadada daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənəd(lər)in surəti (daimi yaşayış kartı, təhsil, müqavilə və s.) - 2 nüsxə;
  • Doldurulmuş konsulluq uçotu vərəqəsi (daha ətraflı)
  • 18 yaşı tamam olmamış şəxsin valideynin ərizə müraciəti (buradan yüklənə bilər);
  • 18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (buradan yüklənə bilər);
  • 18 yaşı tamam olmamış şəxsin doğum haqqında şəhadətnamə - 2 nüsxə; 
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər);
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlərin əsli -2 nüsxə; 
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin nikah haqqında şəhadətnamə - 2 nüsxə;
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin Kanadada daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənəd(lər)in surəti (daimi yaşayış kartı, təhsil, müqavilə və s.) - 2 nüsxə;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi; 
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlərin əsli - 2 nüsxə. 

İştirak etməli olan şəxslər

  • 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
  • 18 yaşı tamam olmamış vətəndaşın özü və hər iki valideyni/himayəçiləri.

Rüsum

  • 25 ABŞ dolları konsulluq rüsumu yalnız "money order" şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan). DİQQƏT: Canada Post tərəfindən verilmiş "money order" Səfirlik tərəfindən qəbul olunmur.
  • Müvafiq yaşa uyğun olaraq (0-1 yaş - 25 manat) (1-3 yaş - 40 manat) (3-18 yaş - 55 manat) (18 yaşı tamam olmuş - 75 manat) dövlət rüsumu onlayn Hesab.Az Ödəniş Portalı (Qeydiyyatsız Onlayn Xidmətlər ---> Dövlət ödənişləri ---> DİN ---> Xidmət növü - Rüsum, Vergi və Gömrük ödənişləri, İdentifikasiya tipi - FİN ilə axtarış, FİN-i daxil edin ---> Ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə bölməsi), ASAN Ödəniş (Rüsum, Vergi və Gömrük ödənişləri ---> Daxili İşlər Nazirliyi ---> FİN və şəxsiyyət vəsiqəsinin seriyası ---> 4-15 bəndlər - Ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə bölməsi) və ya Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ərizəçinin qohumu/nümayəndəsi tərəfindən şəxsən Azərbaycanda ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq şöbəsinə təqdim edilmədir.

Müraciət forması

  • Yalnız sənədləri tam olan müraciətlər Səfirlikdə qəbul edilir.
  • Vətəndaş yuxarıda sədalanan sənədlərlə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Bu məqsədlə vətəndaşlardan öncədən Səfirlik ilə əlaqə saxlayaraq görüş saatı (appointment) təyin etmələri xahiş olunur.
  • Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi - "prepaid envelope" - (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Zərf yeni pasportunuzun Sizə çatdırılması üçün istifadə olunacaqdır. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır.

Arxiv üzrə axtarış