Tranzit vizası
Tranzit vizası üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.
Tələb olunan sənədlər
1. Doldurulmuş ərizə-anket (buradan yüklənə bilər)
2. Pasport (əsli və surəti)
- Pasportun etibarlılıq müddəti müraciət olunan vizanın müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır
- Kanada vətəndaşı olmayan şəxslərin həmçinin bu ölkədə daimi yaşayış hüququnu təsdiq edən sənədi (PR card) təqdim etməsi vacibdir.
3. İki ədəd 3x4 ölçülü fotoşəkil
- Ağ fonda olmalı, son altı ay ərzində çəkilməli və şəxsin hazırkı vəziyyətini əks etdirməlidir
4. Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- 20 ABŞ dolları konsulluq rüsumu yalnız "money order" şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq şöbəsinə təqdim edilməlidir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan). DİQQƏT: Canada Post tərəfindən verilmiş "money order" Səfirlik tərəfindən qəbul olunmur. Digər ölkə vətəndaşları üçün bax
5. Gedəcəyi ölkənin vizasının surəti
- Gedəcəyi ölkə vizasız rejim tətbiq edirsə tələb edilmir.
Müraciət forması
- Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir.
- Səfirliyin Konsulluq şöbəsi viza müraciətlərini yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi - prepaid envelope - (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakı ünvana göndərin:
Embassy of Azerbaijan
275 Slater Street, Suite 1203
Ottawa, Ontario K1P 5H9
- Səfirlik yuxarıdakı siyahıda qeyd olunmayan əlavə sənəd/məlumat istəmə hüququnu özündə saxlayır.