2020-09-28
Ermənistan faşizminin eybəcər sifəti: düşmən mülki şəxsləri hədəfə almaqda davam edir – AZƏRTAC hadisə yerindən xəbər verir
Sentyabrın 28-də səhər saat 7 radələrindən başlayaraq düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndlər ağır artilleriyadan intensiv atəşə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərinin artileriyadan atəşə tutulması nəticəsində şəhər sakini Mehman Əliyev həlak olub.