Pasportun etibarlılıq müddəti bitdikdə və ya yararsız hala düşdükdə

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

  • Müvafiq müraciət ərizəsi (buradan yüklənə bilər);
  • Doldurulmuş ərizə-anket (AR vətəndaşları üçün)(vətəndaşlığı olmayanlar üçün)
  • Etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş pasportun əsli;
  • 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
  • Üzərində fotoşəkil olan sənədlərdən biri -  Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti və ya Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi.
  • Doldurulmuş konsulluq uçotu vərəqəsi (daha ətraflı)
  • Kanadada daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənəd(lər)in surəti (daimi yaşayış kartı, təhsil, müqavilə və s.);
  • Etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş pasport Səfirlik tərəfindən təhvil alınır və bu barədə Azərbaycan Respublikasının müvafiq səlahiyyətli orqanlarına təqdim etməsi məqsədilə arayış verilir (buradan yüklənə bilər). Bu arayış iki (2) nüsxədə vətəndaş tərəfindən imzalanmalıdır (18 yaşı tamam olmamış şəxslər istisna olmaqla) və başqa sənədlərlə birlikdə Səfirliyə göndərilməlidir.
  • 18 yaşı tamam olmamış şəxsin doğum haqqında şəhadətnamənin əsli və ya surəti;
  • 18 yaşı tamam olmamış şəxsin valideynin müraciət ərizəsi (buradan yüklənə bilər);
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər);
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və ya surətləri; 
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin nikah haqqında şəhadətnamənin əsli və ya surəti;
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin Kanadada daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənəd(lər)in surəti (daimi yaşayış kartı, təhsil, müqavilə və s.);
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi; 
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlərin əsli və ya surətləri. 

Dövlət rüsumu

  • 10 ABŞ dolları konsulluq rüsumu yalnız "money order" şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq şöbəsinə təqdim edilməlidir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan). DİQQƏT: Canada Post tərəfindən verilmiş "money order" Səfirlik tərəfindən qəbul olunmur;
  • 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.

Müraciət forması

  • Səfirliyin Konsulluq şöbəsi Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsinə dair müraciətləri həm şəxsən, həm də poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi - "prepaid envelope" - (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakı ünvana göndərin:

Embassy of Azerbaijan
275 Slater Street, Suite 1203

Ottawa, Ontario K1P 5H9


Diqqət!

  • Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir. Səfirlik yuxarıdakı siyahıda qeyd olunmayan əlavə sənəd / məlumat istəmə hüququnu özündə saxlayır.
  • Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir. Bu halda ərizəçidən 10 ABŞ dolları əlavə rüsum tutulur.
  • Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur. Bu maddənin birinci cümləsində göstərilən hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.

Arxiv üzrə axtarış