Kanadada müvəqqəti yaşayan vətəndaşların qeydiyyatı

Kanadanın səlahiyyətli orqanları tərəfindən verilmiş müvafiq sənəd əsasında bu ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Kanadadakı Səfirliyində konsulluq uçotuna alınırlar.

Tələb olunan sənədlər:

  • Doldurulmuş konsulluq uçotu vərəqəsi (buradan yüklənə bilər)
  • Konsulluq uçotuna alınan vətəndaşın rəngli fotoşəkili (3x4 sm ölçülü);
  • Vətəndaşın şəxsiyyət vəsiqəsi və pasportunun surətləri;
  • Vətəndaşın Kanadada daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənəd(lər)in surəti. 

Dövlət rüsumu

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı ödənişsiz yerinə yetirilir.

Müraciət forması

Sənədlər tam və düzgün tərtib edildikdən sonra poçt vasitəsilə Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinə göndərilməlidir. Ünvan:

Embassy of Azerbaijan
275 Slater Street, Suite 1203

Ottawa, Ontario K1P 5H9

Arxiv üzrə axtarış