Fərdi indentifikasiya nömrəsi

Fərdi identifikasiya nömrəsi (FİN), şəxs barəsində dövlət reyestrinə daxil edilən məlumatları müəyyən etməyə imkan verən, qanunla müəyyən olunmuş qaydada təqdim edilən təkrarolunmaz koddur. Fərdi identifikasiya nömrəsi yeddi simvollu hərf və rəqəm kombinasiyasından ibarət olan vahid koddur, heç vaxt dəyişilmir.

18 yaşı tamam olmuş, yeni nəsil pasport alan şəxslər üçün şəxsiyyət vəsiqəsi olmadığı təqdirdə istisna hal kimi fərdi identifikasiya nömrəsi əsasında Səfirlikdə pasportlarların rəsmiləşdirilməsi mümkündür.

Bunun üçün 18 yaşı tamam olmuş şəxs tərəfindən Səfirliyə aşağıdakı sənədlər təqdim olunmalıdır:

  • Ərizə (buradan yüklənə bilər) 
  • Etibarlılıq müddəti bitmiş pasportun əsli və əsas səhifənin sürəti - 2 nüsxəsi;
  • Azərbaycan Respublikasının doğum haqqında şəhadətnaməsinin surəti (Kanada qurumları tərəfindən rəsmiləşdirilmiş doğum haqqında şəhadətnamələr qəbul edilmir);
  • Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış (daha ətraflı);
  • Kanadada daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənəd(lər)in surəti - 2 nüsxə;
  • 10 ABŞ dolları konsulluq rüsumu yalnız "money order" şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan). DİQQƏT: ScotiaBank tərəfindən verilmiş "money order" Səfirlik tərəfindən qəbul olunmur.

15 yaşı tamam olmamış, ilk dəfə pasport alan uşaqlar üçün şəxsiyyət vəsiqəsi olmadığı təqdirdə istisna hal kimi fərdi identifikasiya nömrəsi əsasında Səfirlikdə pasportlarların rəsmiləşdirilməsi mümkündür.

Bunun üçün 15 yaşı tamam olmamış şəxsin qanuni nümayəndəsi tərəfindən Səfirliyə aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. Ərizə (buradan yüklənə bilər) 
  2. Uşağın qanuni nümayəndisinin şəxsiyyətini təsdiq edən sənədin surəti
  3. Uşağın Səfirlik tərəfindən rəsmiləşdirilmiş doğum haqqında şəhadətnaməsinin surəti (Kanada qurumları tərəfindən rəsmiləşdirilmiş doğum haqqında şəhadətnamələr qəbul edilmir)
  4. 10 ABŞ dolları konsulluq rüsumu yalnız "money order" şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan). DİQQƏT: ScotiaBank tərəfindən verilmiş "money order" Səfirlik tərəfindən qəbul olunmur.

Müraciət forması

  • Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir.
  • Səfirliyin Konsulluq şöbəsi fərdi identifikasiya barədə müraciətləri yalnız poçt vasitəsilə qəbul edir. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakılara ünvana göndərin:

Embassy of Azerbaijan
275 Slater Street, Suite 1203
Ottawa, Ontario K1P 5H9

Diqqət!

  • FİN Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilir və adətən 1-2 ay vaxt tələb olunur.

Arxiv üzrə axtarış