28 May – Müstəqillik Günü münasibətilə Ottava şəhərində tədbir keçirilmişdir
28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Kanadada Səfirliyi və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə 23 may 2026-cı il tarixdə Ottava şəhərində tədbir keçirilmişdir. Tədbirdə, səfirliyin əməkdaşları ilə yanaşı, Kanadanın Ottava, Montreal, Toronto, Hemilton, Vankuver, Kalqari şəhərlərindən olan diaspor və yerli ictimaiyyət nümayəndələri, eləcə də Ottavada təhsil alan tələbələr də iştirak etmişlər.
Tədbir çərçivəsində Azərbaycanın Kanadada səfirliyinin müvəqqəti işlər vəkili Vüsal Süleymanov və Azərbaycan icmasının üzvlərinin çıxışları dinlənilmiş, Azərbaycanın müstəqillik tarixindən, dövlət quruculuğu prosesindən və ölkənin son illərdə əldə etdiyi uğurlardan danışılmışdır.
Tədbirin bədii hissəsində Azərbaycan milli musiqiləri səsləndirilmiş və qonaqlara milli mətbəximizə aid nümunələr təqdim olunmuşdur.