“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 fevral 2026

Xocalı soyqırımının 34-cü ildönümü Ottavada qeyd olunub

Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Ottava şəhərində tədbir keçirilib.

Tədbirdə diaspor və yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, Ottavada təhsil alan tələbələr də iştirak ediblər.

Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra çıxış edən müvəqqəti işlər vəkili Vüsal Süleymanov Xocalı soyqırımı barədə ətraflı məlumat verib. O, Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri adlandırıb.

Tədbir çərçivəsində Azərbaycan icması üzvlərinin çıxışları dinlənilib, faciənin dəhşətlərini əks etdirən fotoşəkillər və film nümayiş olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti