Kanada-Azərbaycan dostluq qrupunun fəaliyyəti bərpa olunmuşdur
Aprelin 30-da Kanadanın parlamentində Kanada-Azərbaycan dostluq qrupunun iclası keçirilmişdir. Aprelin 30-da Kanadanın parlamentində Kanada-Azərbaycan dostluq qrupunun iclası keçirilmişdir.
Tədbirdə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Vüsal Süleymanov, parlament üzvlərinin Azərbaycanın xarici siyasətinin prioritetlərinə, Azərbaycan-Kanada münasibətlərinə dair suallarını cavablandırmış, həmçinin Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyində rolu, eləcə də mühüm nəqliyyat və logistika layihələrində iştirakı barədə müvafiq məlumatlar vermişdir.