Etibarnamələrin təsdiq edilməsi

Səfirliyin Konsulluq Şöbəsi Kanadadada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının müraciəti əsasında etibarnamə rəsmiləşdirmək səlahiyyətinə malikdir.

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq etibarnamələr bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsə verilə bilər. Etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində hüquqi qüvvəsini saxlayır. Konsulluq şöbəsi tərəfindən baş və ümumi etibarnamələr təsdiq edilir.

 Etibarnamələr fiziki və hüquqi şəxslər tərəfindən verilə və aşağıdakı məzmunlarda bağlana bilər:

  • əmlakın (evlərin, mənzillərin) idarə edilməsi, onun üzərində sərəncam verilməsi
  • dövlət idarələrində və ictimai təşkilatlarda etibar edənin adından çıxış etmək, onun adından ərizə vermək, işləri aparmaq;
  • əmək haqqının və əmək münasibətləri ilə bağlı digər haqların, müəlliflərin və ixtiraçıların haqlarının alınması;
  • pensiyaların, müavinətlərin və təqaüdlərin alınması;
  • fiziki şəxslərin banklardakı əmanətlərinin və poçt göndərmələrinin, o cümlədən pul və bağlamaların alınması.

Etibarnamələrin təsdiqi zamanı, etibar edənin şəxsiyyəti və imzası ilə yanaşı, fiziki və hüquqi fəaliyyət qabiliyyəti yoxlanılır və bununla əlaqədar, AR vətəndaşları etibarnamələri yalnız Səfirlikdə təsdiq etdirə bilərlər. Əks halda, etibarnamələr leqallaşdırma proseduru qaydasında rəsmiləşdirilir.

            Lazim olan sənədlər

  • Bu məqsədlə sorğu edən AR vətəndaşı,
  • bu barədə müraciətini, şəxsiyyətini təsdiq edən sənədin (AR ümumvətəndaş pasportu) əslini (əsli olmadıqda, notarial təsdiq olunmuş surətini),
  • etibar olunan şəxs haqda məlumatları (şəxsiyyət vəsiqəsinin və pasportunun surəti, yaşadığı ünvan)
  • dövlət rüsumunun ödənişi haqda sənədi (money order - 60 USD) təqdim etməlidir.
  • Öncədən ödənilmiş zərf( Prepaid return envelope)