Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması

Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına

mənsubiyyətinin müəyyən olunması 

Xarici ölkələrdə yaşayan şəxslərin müraciəti əsasında onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini araşdırmaq üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. Şəxs tərəfindən doldurulmuş sorğu vərəqi – 1 ədəd;
     
  2. 2 ədəd 3x4 ölçüdə fotoşəkil;
     
  3. Tərcümeyi-hal;
     
  4. Pasportun və ya şəxsiyyəti təsdiq edən digər sənədin surəti (notarial qaydada təsdiqlənmiş).

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olan şəxslər üçün yuxarıdakı sənədlərlə yanaşı olaraq bu sənədlər də təqdim olunmalıdır:

  1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyat barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə);
     
  2. Doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd).

18 yaşınadək uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərinin surətləri (notarial qaydada təsdiqlənmiş);

Qaçqınsınızsa, bu statusunuzu təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş).