Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması

Xarici ölkələrdə yaşayan şəxslərin müraciəti əsasında onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini araşdırmaq üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. Şəxs tərəfindən doldurulmuş anket - sorğu vərəqi – 1 ədəd;
  2. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
  3. Tərcümeyi-hal;
  4. Şəxsin Kanadada yaşamağını təsdiq edən sənədin surəti
  5. Pasportun və ya şəxsiyyəti təsdiq edən digər sənədin surəti (notarial qaydada təsdiqlənmiş).
  6. 25 ABŞ dolları məbləğində dövlət rüsumu. “Money order” şəklində Səfirliyin adına yazılır: "Pay to the order of: Embassy of Azerbaijan ".

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olan şəxslər üçün yuxarıdakı sənədlərlə yanaşı olaraq bu sənədlər də təqdim olunmalıdır:

  1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyat barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə);
  2. Doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd).

18 yaşınadək uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərinin surətləri (notarial qaydada təsdiqlənmiş);

Qaçqınsınızsa, bu statusunuzu təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş).