Bir sıra xarici dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza sadələşdirilməsi ilə bağlı məlumat
1 fevral 2016-cı il tarixindən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin ediləcəkdir. Bu qaydalar 10 noyabr 2015-ci il tarixindən etibarən BirləşmişƏrəƏmirliklərinin vətəndaşlarına şamil edilir.